“Onlar barəsində hökm tez çıxarılmalıdır”

onlar-baresinde-hokm-tez-cixarilmalidir
Oxunma sayı: 1168

“ABŞ və İsraillə əməkdaşlıqda şübhəli bilinən şəxslərə tez və güzəştsiz hökmlər çıxarılmalıdır”.

“Qafqazinfo” İranın SNN telekanalına istinadən xəbər verir ki, bu çağırışla İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejei çıxış edib. 

“Hərbi vəziyyəti nəzərə alaraq, xalqın təhlükəsizliyinə təhdid yaratmaqda ittiham olunan şəxslərin işlərinə baxılmasını və qərar qəbulunu sürətləndirmək lazımdır, lakin prosesin sürətləndirilməsi dəqiqlik və ədalətdən imtina mənasına gəlmir. Müharibə və iğtişaşlar şəraitində cinayət törətmiş və təcavüzkarla əlaqəsi olmuş şəxslərə münasibətdə yekun hökmlərin icrası zamanı da ləngimə və güzəşt olmamalıdır”, - onun bəyanatında deyilir. 

Xatırladaq ki, ötən gün İranın polis rəisi Əhmadrza Radan ölkədə 500 nəfərin casusluq şübhəsi ilə həbs edildiyini açıqlamışdı.