“Onlar bir-birlərinə hər şeydən çox nifrət edirlər”

onlar-bir-birlerine-her-seyden-cox-nifret-edirler
Oxunma sayı: 1868

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasındakı qarşılıqlı düşmənçilik Moskva və Kiyev arasında sülh sazişinin bağlanmasına mane olur.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Avstraliyanın baş naziri ilə nahar zamanı bildirib.

“Bir-birinə həqiqətən nifrət edən iki lider olduğu üçün bu mürəkkəb oldu. Bilirsinizmi? Onlar bir-birlərinə hər şeydən çox nifrət edirlər və bu, işi olduqca mürəkkəb edir”, - ABŞ lideri deyib.