Onlar da “Kızılcık Şerbeti”nə qatılır

onlar-da-kizilcik-serbetine-qatilir
Oxunma sayı: 3088

“ShowTV”nin məşhur serialı “Kızılcık Şerbeti”nin dördüncü sezonunun çəkilişləri avqustun 20-də başlayır.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, yeni mövsümdə seriala daha iki aktyor qatılacaq.

Onlar Açelya Akkoyun və Mehmet Bilge Aslandır. Ər-arvad kimi serialda oynayacaq aktyorlar “Nilgün” və “Hakan” obrazlarını canlandıracaqlar.

Cütlüyün hamilə olan “Kıvılcım”ın (Evrim Alasya) həkimləri olacağı bildirilir.

Qeyd edək ki, serial yeni mövsümə 19 sentyabr tarixində start verəcək.