“Onlar Hörmüzün açılmasına kömək etməlidirlər”

onlar-hormuzun-acilmasina-komek-etmelidirler
Oxunma sayı: 949

ABŞ Prezidenti Donald Tramp qlobal neft bazarını iflic edən Hörmüz boğazındakı blokadanın aradan qaldırılması üçün müttəfiq ölkələri hərəkətə keçməyə səsləyib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünə məxsus “Truth Social” platformasında paylaşım edib:

“ABŞ-nin müttəfiqləri hərəkətə keçməli, addım atmalı və Hörmüz boğazının açılmasına kömək etməlidir”.

Qeyd edək ki, Prezidentin sözügedən çağırışı NATO ölkələri, xüsusilə Fransa və Britaniyanın Hörmüz boğazında hərbi əməliyyatlara cəlb olunmaqdan imtina etməsindən sonraya təsadüf edir. Belə ki, Tramp əvvəlki paylaşımlarında müttəfiqləri “birtərəfli küçə” adlandıraraq, onları hərbi xərclərdə pay sahibi olmamaqda ittiham etmişdi.