“Onlar müharibəyə son qoymaq üçün birbaşa təklif aparırlar”

onlar-muharibeye-son-qoymaq-ucun-birbasa-teklif-aparirlar
Oxunma sayı: 286

ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin Moskvaya sülh təklifi aparacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evin “YouTube” kanalında yayımlanan çıxışında Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün planlarının olduğunu bildirib.

Jurnalistlərin “Uitkoff və Kuşner tənzimləmə üzrə yeni bir təklif aparırlar?” sualına Tramp belə cavab verib:

“Xeyr, onlar müharibəyə son qoymaq üçün birbaşa təklif aparırlar”.

Xatırladaq ki, ABŞ nümayəndələrinin sentyabrın 5-də Moskvaya, 6-da isə Kiyevə səfəri planlaşdırılır.