ABŞ-nin Nyu-York ştatında orta statistik körpədən təxminən iki dəfə ağır olan nəhəng körpənin doğulması həm tibb personalını, həm də ailəsini heyrətə gətirib.
“Qafqazinfo” “New York Post” qəzetinə istinadən xəbər verir ki, yanvarın 31-də “Cayuga Medical Center” tibb müəssisəsində dünyaya gələn Şoun Junior adlı körpə 5,9 kq çəkisi ilə xəstəxana tarixinə düşüb.
Valideynləri Terrika və Şon böyük bir körpə gözlədiklərini, lakin bu dərəcədə rekord bir çəkinin onlar üçün gözlənilməz olduğunu bildiriblər.
Anasının sözlərinə görə, kiçik Şoun artıq yeni doğulmuşlar üçün nəzərdə tutulan geyimləri deyil, 3-6 aylıq uşaqlar üçün olan paltar və bezləri istifadə edir. Xəstəxana rəhbərliyi maraqlı bir müqayisə üçün eyni gündə doğulan və cəmi 1,8 kq çəkisi olan Marqo adlı körpə ilə Şounun birgə fotosunu paylaşıb.
Qeyd edək ki, tibb mərkəzinin direktoru Robin Torqalski bu cür nadir hallara hər zaman hazır olduqlarını və körpənin çəkisindən asılı olmayaraq peşəkar qulluq göstərildiyini vurğulayıb.
Əlavə edək ki, Azərbaycanda bu çəkidə körpələrin doğulması artıq adi hal alıb.
Son xəbərlər
Son Xəbərlər