Onlara görə sabah İrana zərbə endirməyəcəklər

onlara-gore-sabah-irana-zerbe-endirmeyecekler
Oxunma sayı: 532

ABŞ Prezidenti Donald Tramp mayın 19-da İrana planlaşdırılan zərbələri ləğv etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bunu o, özünün sosial media hesabı “Truth Social”da yazıb.

O izah edib ki, Qətər əmiri Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və BƏƏ lideri Məhəmməd bin Zayed belə bir xahişlə ona müraciət ediblər. Onlar hesab edirlər ki, tərəflər Vaşinqton və Yaxın Şərq ölkələri üçün məqbul bir razılaşma əldə edə bilərlər.

Tramp əlavə edib ki, Vaşinqton və Tehran ABŞ üçün məqbul olan razılığa gələ bilməsə, ABŞ İslam Respublikasına zərbələri bərpa edəcək.