Naxçıvanın uzunömürlü sakinlərindən olan 101 yaşlı Vəli Qasımov vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, II Dünya müharibəsinin sağ qalmış azsaylı iştirakçılarından olan V.Qasımov yaşadığı Culfa rayonunun Xanəgah kəndində dünyasını dəyişib.
Qeyd edək ki, V.Qasımov Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımovun babasıdır. 2025-ci ilin statistik məlumatlarına görə, Azərbaycanda II Dünya müharibəsində iştirak etmiş şəxslərdən 16 nəfər sağ idi.
Son xəbərlər
Son Xəbərlər