Onları hər gün geri istəyirlər - Fotolar

onlari-her-gun-geri-isteyirler
Oxunma sayı: 4119

Venesuela Prezidenti Nikolas Maduronun rəsmi teleqram kanalı onun həyat yoldaşı Siliya Flores ilə birlikdə tutulmasından sonrakı günləri saymaqdadır.

“Qafqazinfo” xəbər verir ki, kanal o vaxtdan bəri hər gün cütlüyün fotolarını “Biz onları geri istəyirik” başlığı ilə dərc edir.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Cütlük orada hakim qarşısına çıxarılıb.