“Onları öldürməklə həddi aşmışıq, indi bilmirik kimlə danışaq”

onlari-oldurmekle-heddi-asmisiq-indi-bilmirik-kimle-danisaq
Oxunma sayı: 1162

“Ola bilsin, İran liderlərini zərərsizləşdirmək məsələsində həddi aşmışıq”.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Konqresə seçkilər ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib. 

Tramp yüksəkvəzifəli İran rəsmilərinin öldürülməsindən sonra danışıqlar apara biləcəkləri şəxsləri müəyyən etməkdə çətinliklə üzləşdiklərini etiraf edib:

“Onların (İran xalqının - red.) hətta lideri belə yoxdur. Bu, problemdir. Ola bilsin ki, biz liderləri aradan götürmək məsələsində həddi aşmışıq, çünki indi kiminlə danışmalı olduğumuzu bilmirik. Heç kim İran prezidenti olmaq istəmir”, - o deyib. 

Xatırladaq ki, bu il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar zamanı İran rəhbərliyinin bir sıra önəmli şəxsləri, o cümlədən ölkənin Ali Lideri Seyid Əli Xamenei, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.