Onların maaşlarına əlavələrin verilmə müddəti uzadıldı

onlarin-maaslarina-elavelerin-verilme-muddeti-uzadildi
Oxunma sayı: 1131

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin vaxtı uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Belə ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti oktyabr ayına qədər uzadılıb.