Onların ölümü də təsdiqləndi

onlarin-olumu-de-tesdiqlendi
Oxunma sayı: 2375

İranın rəsmi mediası ABŞ və İsrailin hücumları nəticəsində yüksək rütbəli iki hərbi-siyasi fiqurun həlak olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumata görə, İranın ali rəhbəri Əli Xameneinin müşaviri, admiral Əli Şamxani və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Məhəmməd Pakpur hücumlar zamanı həyatını itirib.

İran Dövlət Televiziyası onların ölümünü rəsmi şəkildə təsdiqləyib. Hadisənin detalları və zərbələrin miqyası barədə əlavə məlumat verilməyib.