“Onlarla görüşü səbirsizliklə gözləyirəm”

onlarla-gorusu-sebirsizlikle-gozleyirem
Oxunma sayı: 1156

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Prezident Zelenski və prezident Putinlə görüşü səbirsizliklə gözləyirəm, ancaq bu müharibəni bitirmək üçün saziş başa çatdıqda və ya son mərhələdə olacaq”, - Tramp qeyd edib.

Həmçinin Tramp öz nümayəndəsi Stiven Uitkoffa Moskvada Putinlə görüşü təşkil etməyi tapşırıb.