“Onu məndən daha çox sevirlər” - Tramp

onu-menden-daha-cox-sevirler
Oxunma sayı: 620

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən Milad qəbulunda zarafatla ictimaiyyətin Melaniya Trampa olan sevgisindən şikayətlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “APT News” məlumat yayıb.

Melaniyanın yanında çıxış edən Tramp qeyd edib ki, hər tədbirdə “Biz birinci xanımımızı sevirik” yazılı lövhələr görür.

“Nə edə bilərəm? Bu, xoşuma gəlmir, çünki elə görünür ki, onu məndən daha çox sevirlər. Mən isə bundan məmnun deyiləm. Xoşbəxt deyiləm”, – deyə o bildirib.

Tramp zarafatla əlavə edib ki, bu barədə həyat yoldaşı ilə danışacaq.