Onun üçün 152 milyon ödəməyə hazırdırlar - İngiltərədə rekord transfer

onun-ucun-152-milyon-odemeye-hazirdirlar
Oxunma sayı: 616

Londonun “Çelsi” klubunun yarımmüdafiəçisi Enzo Fernandes yay transfer pəncərəsi bağlanana qədər “Mançester Siti”yə keçə bilər.

“Qafqazinfo” xəbər verir ki, “şəhərlilər” yaxın günlərdə argentinalı futbolçunun transferi ilə bağlı rəsmi təklif göndərməyi planlaşdırırlar.

Məşhur insayder və jurnalist Qaston Edulun məlumatına görə, “Siti” 25 yaşlı yarımmüdafiəçi üçün “zadəganlar”a təxminən 130 milyon funt-sterlinq (152 milyon avro) ödəməyə hazırdır. Əgər keçid bu şərtlərlə baş tutarsa, İngiltərə futbolu tarixinin ən bahalı transferi kimi qeydə alınacaq.

Qeyd edək ki, hazırda Premyer Liqa tarixinin ən baha transferi Aleksander İsakın “Nyukasl”dan “Liverpul”a 145 milyon avroluq keçidi hesab olunur.  “Mançester Siti”yə keçməyə razılıq verəcəyi təqdirdə Enzo Fernandesin maaşı hazırkı şərtlərlə müqayisədə əhəmiyyətli dərəcədə artacaq.