“Opel” ağaca çırpıldı - 47 yaşlı kişi öldü

opel-agaca-cirpildi
Oxunma sayı: 524

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün saat 19 radələrində Şəki-Qax yolunun rayon ərazisindən keçən hissəsində olub.

Belə ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mübariz Muradov