Orban Ukraynanı hədələdi - “Lazım gəlsə, enerjini kəsəcəyik”

orban-ukraynani-hedeledi
Oxunma sayı: 746

Macarıstan Ukraynanın “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tranzitini bərpa etməyəcəyi təqdirdə, bu ölkəyə elektrik enerjisi tədarükünü dayandırmaqla hədələyib.

“Qafqazinfo” “Metropol” portalına istinadən xəbər verir ki, sözügedən bəyanatı Macarıstanın Baş naziri Viktor Orban Bekeşçaba şəhərində keçirilən mitinqdə çıxışı zamanı səsləndirib.

Orban bildirib ki, Budapeştin hazırda bir neçə aylıq neft ehtiyatı olsa da, Kiyevin hərəkətləri cavabsız qalmayacaq:

“Macarıstan artıq Ukraynaya dizel yanacağı tədarükünü dayandırıb və Avropa İttifaqının Ukraynaya ayıracağı 90 milyard avroluq yardımı bloklayıb. Slovaklar bu məsələni mümkün variant kimi qaldırıblar. Biz addımlarımızı slovaklarla koordinasiya edirik və lazım gələrsə, biz də elektrik enerjisini kəsəcəyik”.

Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso da bənzər ultimatumla çıxış edərək, neft nəqli bərpa olunmazsa, fevralın 23-dən Ukraynaya elektrik enerjisi verilişini dayandıracaqlarını bəyan edib.