Ordumuzun əsgəri vəfat etdi - Fotolar

ordumuzun-esgeri-vefat-etdi
Oxunma sayı: 6054

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, əsgər Əli Ramin oğlu İbrahimlinin oktyabrın 5-i axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat etdiyi bildirilib.

Müdafiə Nazirliyindən fakt təsdiqlənib.

Qeyd edək ki, mərhum oktyabrın 6-sı Şəmkirdə dəfn olunub.

Faktla bağlı araşdırma aparılır.