Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 861 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 59 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 7 nəfər tüstüdən zəhərlənib, 7 nəfərin meyiti təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər