“Ötən il xüsusi araşdırmalarla əlilliklə bağlı 1500 şəxs barədə qərar ləğv edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə saxtakarlığın, qərəzli, neqativ halların qarşısı alınıb: “Vətəndaş saxta olan və ya olmayan sənədlərlə müraciət etsə belə, onları aşkarlaya bilirik. Saxtakarlıq aşkar olunduğu təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilir”.
R.Rzayev əlavə edib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə xəstəxanaya geri qaytarılan göndərişlər 30% azalıb.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər