Ötən il sərvətləri artıb - İlk onluqda Ələkbərov da var

oten-il-servetleri-artib
Oxunma sayı: 1354

2025-ci ildə Rusiya milyarderlərinin sərvəti 18,378 milyard dollar artıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumat “Bloomberg Billionaires Index”in reytinq siyahısında yer alıb.

Reytinq milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında tərtib olunur. Siyahıda Rusiyadan olan 20 sahibkar yer alıb.

Reytinqin birinci pilləsində “Norilsk Nikel” şirkətinin sahiblərindən biri Vladimir Potanin qərarlaşıb. Onun kapitalı 1,44 milyard dollar azalaraq 26,4 milyard dollara düşüb.

İkinci yeri “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşov qoruyub saxlayıb. Onun sərvəti 3,02 milyard dollar artaraq 26,3 milyard dollara çatıb.

Üçüncü yerdə NLMK şirkətinin benefisiarı Vladimir Lisin qərarlaşıb. O, 2025-ci ildə 2,08 milyard dollar itirib və sərvəti 23,7 milyard dollara qədər azalıb.

İlk onluqda həmçinin “Novatek”in şərik sahibi Leonid Mihelson (23,7 milyard dollar), “Lukoyl”un təsisçisi, azərbaycanlı iş adamı Vahid Ələkbərov (22,6 milyard dollar), Avropa İttifaqının sanksiya siyahısına daxil edilən “EuroChem” və SUEKin keçmiş benefisiarı Andrey Melniçenko (18,9 milyard dollar), Mixail Proxorov (“Oneksim” qrupu, 16,6 milyard dollar), “Telegram”ın qurucusu Pavel Durov (14,4 milyard dollar) yer alıb.

Reytinqi “Novatek” və “Sibur”un şərik sahibi Gennadi Timçenko (14,3 milyard dollar) tamamlayır.