Övladını dənizə atan qadının daha 3 uşağı var imiş - Video

ovladini-denize-atan-qadinin-daha-3-usagi-var-imis
Oxunma sayı: 4447

Xəbər verdiyimiz kimi, Bakıda ana 3 günlük körpəsini dənizə atıb.

“Qafqazinfo”nun məlumatına görə, həmin qadının daha 3 övladı var imiş.

41 yaşlı Pərvanə Eyvazovanın qonşusu bildirib ki, onlar arasında bir neçə dəfə mübahisəyə şahidlik edib:

“Bir ay əvvəl yoldaşı ilə bir yerdə görmüşəm. Pərvanə yoldaşı ilə birlikdə ata evinə gəlib-gedirdi. Hər ailədə olan adi söz-söhbət onlarda da olurdu. Ayrıldıqları haqda məlumatım yoxdur”.

Məlumata görə, Pərvanə Eyvazova ailə qurduqdan sonra Türkandan Binə qəsəbəsinə köçüb.

O, bir neçə il əvvəl rəsmən boşansa da, 3 övladı və həyat yoldaşı ilə birgə yaşayırmış.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında: