Oxuyur Məhəbbət Kazımov - Bu dəfə Laçında+Video

oxuyur-mehebbet-kazimov
Oxunma sayı: 7529

Xəbər verdiyimiz kimi, bu gün, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

“Qafqazinfo” xəbər verir ki, artıq sosial şəbəkələrdə Laçın şəhərindən yeni görüntülər paylaşılır. Həmin görüntülərin birində mərhum Əməkdar artist Məhəbbət Kazımovun məşhur “Laçınım” mahnısı səslənir. 

Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü ildə Laçın rayonunun Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi “Laçınım” mahnısı ilə tanınıb.

1998-ci ildə yazılan mahnının sözləri Osman Alovluya, musiqisi və ifası Məhəbbət Kazımova məxsusdur. Müğənninin ən böyük arzusu Laçına qayıtmaq və bu mahnını doğma yurdunda ifa etmək olub. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Onu da bildirək ki, M.Kazımov şənliklərdə “Laçınım” mahnısının sədaları altında rəqs etməyi qadağan etmişdi.