“Oyun hazırlaşdığımız kimi alınmadı” - Video

oyun-hazirlasdigimiz-kimi-alinmadi
Oxunma sayı: 194

“Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Oyun hazırlaşdığımız kimi alınmadı. Son oyunlarda çətinlik çəkirdik, amma bu, Çempionlar Liqasıdır, burada səviyyəni görürük”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ” – “Nyukasl” (1:6) matçından sonra Ağdam təmsilçisinin futbolçusu Bədavi Hüseynov bildirib.

“Son oyunlar alınmadı, baxmayaraq ki, hazırlıq yaxşı keçib. Çalışacağıq ki, bugünkü səhvlərdən dərs çıxaraq. Elədiyimiz səhvləri təkrarlamayaq. Növbəti oyunlara daha yaxşı hazırlaşaq”, - o qeyd edib.