Dünya Çempionatının Meksika ilə Cənubi Afrika arasında keçirilən açılış matçında 27-ci dəqiqədə qeyri-adi hadisə yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, güclü istilik səbəbindən elan edilən su fasiləsi zamanı yayımda reklam fasiləsi də göstərilib.
Mexiko şəhərində baş tutan qarşılaşmada hakim oyun tempini saxlamaq və futbolçuların vəziyyətini nəzərə almaq üçün qısa su fasiləsi verib. Lakin bu dəfə fasilə yalnız meydanda deyil, ekran qarşısındakı izləyicilər üçün də fərqli formatda təqdim olunub.
Yayım şirkəti DÇ üçün tətbiq edilən yeni yayım siyasəti çərçivəsində fasilə zamanı reklam blokları yayımlayıb. Bu addım futbol azarkeşləri üçün gözlənilməz yenilik kimi qarşılanıb.
Məlumata görə, matç zamanı bu cür reklam fasilələrinin yayımı sonuncu dəfə 1990-cı illərdə bəzi televiziya formatlarında istifadə olunub. Bu səbəbdən yeni tətbiq həm təəccüb, həm də nostalji hissi yaradıb.
Son xəbərlər
Son Xəbərlər