Musiqi alətini arıçıya hədiyyə etdi

musiqi-aletini-ariciya-hediyye-etdi
Oxunma sayı: 565

Belarus Prezidenti Aleksandr Lukaşenko bir arıçıya öz bayanını (düyməli akkordeonunu) hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “BelTA” xəbər agentliyi məlumat yayıb.

Belə ki, igüzar səfərlərindən biri zamanı Lukaşenko Sergey Şimanski adlı bir arıçı ilə qarşılaşıb. Həmin şəxs musiqi alətindəki ifaçılıq bacarığı ilə prezidentin diqqətini cəlb edib.

“Mən sənə öz bayanımı verəcəyəm. Bu, beş cərgəli, gözəl və daha böyük bir modeldir — əl işidir. Mən artıq demək olar ki, heç çalmıram, qoy elə sənin olsun, — deyə prezident bildirib.

Bunun müqabilində Belarus lideri zarafatla arıçıdan ona arıçılıq haqqında bir az danışmasını xahiş edib.