Özbəkistanlı tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

ozbekistanli-telebe-ilham-eliyevi-azerbaycan-dilinde-salamladi
Oxunma sayı: 586

Azərbaycan və Özbəkistan prezidentləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər.

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev universitetdə yaradılmış şəraitin tələbələrin xoşuna gəlib-gəlmədiyini soruşub. Tələbələr suala müsbət cavab veriblər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarına Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəbə, həmçinin Nizami Gəncəvinin xatirəsinə Özbəkistanda göstərilən böyük ehtirama görə təşəkkürünü bildirib.

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycan dilində salamlayıb və öz şeirlərini səsləndirib.

Daha sonra tələbə hər iki dövlət başçısına kitab hədiyyə edib. Ardınca Azərbaycan və Özbəkistan prezidentləri tələbələrlə xatirə fotosu çəkdiriblər.

***

“Yeni Daşkənd”də açılan Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetdə dahi Azərbaycan şairinin dünyanın müxtəlif ölkələrində ucaldılmış abidələrinin kiçik ölçülü surətləri hazırlanaraq Prezident İlham Əliyevə təqdim olunub.