Xəbər verdiyimiz kimi, Şəmkirin Mahmudlu kəndində 12 yaşlı qız qətlə yetirilib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.
Kənd sakinlərindən biri qızın itkin düşdüyü barədə polisə məlumat verən şəxsin məhz onu bıçaqlamaqda şübhəli bilinən bacısı olduğunu bildirib:
“Ata-ana çörək pulu dalınca gedib, uşaqlar da evdə qalıb. Ailənin üç övladı var. Hadisə zamanı oğlan çöldə, iki bacı isə evdə imiş. Elə özü polisə xəbər verib ki, bacım itib. Nəsə anlaşılmazlıq olub ki, bu hadisə baş verib. Durduğu yerdə niyə öldürsün, niyə döysün, niyə vursun?”
Mərhumun qohumu isə meyitin evin arxasından tapıldığını qeyd edib.
“Meyitini evin arxasından tapıblar. Sonradan məlum oldu ki, bu əməli bacısı törədib, əvvəlcədən bilinmirdi. Uşaqdır da, uşaqdan nə desən çıxar”, – deyə o əlavə edib.
Daha ətraflı “Baku TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər