“Özümü həkim kimi təqdim etmişdim” - Sildiyi şəklindən danışdı

ozumu-hekim-kimi-teqdim-etmisdim
Oxunma sayı: 1252

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı və geniş müzakirələrə səbəb olaraq sildiyi süni intellekt tərəfindən hazırlanmış fotosu ilə bağlı jurnalistlərə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri tənqidləri rədd edərək, medianın hadisəni təhrif etdiyini bildirib.

Tramp yalnız “saxta xəbər mediası”nın onun özünü İsa Məsih kimi qələmə verdiyini vurğulayıb:

“Bunu paylaşanda özümü həkim kimi təqdim etmişdim. Yalnız saxta xəbərlər belə bir müqayisəni ortaya çıxara bilərdi. Şəkil mənim insanlara sağalmaqda kömək edən bir həkim olduğumu göstərir”.

Qeyd edək ki, qalmaqala səbəb olan fotoda Tramp bir əlini çarpayıda uzanan xəstənin alnına qoyur və bu toxunuşdan sonra xəstənin başının ətrafında nur parlayır. İctimaiyyətin və tənqidçilərin sərt reaksiyasından sonra Amerika lideri həmin paylaşımı özünə məxsus “Truth Social” platformasından silib.