Özünə dost axtarır - Elan verdi

ozune-dost-axtarir
Oxunma sayı: 463

Türkiyəli müğənni Aleyna Tilki sosial media hesabında özünə yeni dost axtardığını bildirən elan paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbulda qarşıdan gələn konsertinə hazırlaşan və düşərgədə olan müğənni sıx iş qrafikində ona yoldaşlıq edəcək şəxsdə axtardığı xüsusiyyətləri də açıqlayıb.

Tilki həmin şəxsin gülməli, təbiəti və yürüşləri sevən biri olmasını istəyir. O, dostunun çox ağıllı, “qaranlıq tərəfi ilə barışmış” və “azadlığı sevən” olmalı olduğunu qeyd edib.