Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Ə.Quliyevin vətəndaşlara özünü “Tural” adı ilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təmin olunma vədi verdiyi müəyyənləşib.
Bu yolla o, vətəndaşlardan ümumilikdə 12000 manata yaxın pul vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd olunan əməllərdən zərər çəkmiş digər vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə və ya “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Son xəbərlər
Son Xəbərlər