Pakistan öz hava məkanını Hindistan təyyarələri üçün bağlayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə qərar ölkənin Baş naziri Şahbaz Şərifin sədrliyi ilə İslamabadda keçirilən Milli Təhlükəsizlik Komitəsinin iclasında qəbul edilib.
Bununla yanaşı, Pakistan Hindistanla sərhəddə yerləşən “Vagah” nəzarət-buraxılış məntəqəsini bağlayır, Hindistanla bütün ticarəti də dayandırır.
Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.
Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib.