Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Geo” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.
Hadisə nəticəsində 21 nəfər ölüb, 30 nəfər yaralanıb. Partlayışın vağzalın kassasında qatarın gəlməsindən bir qədər əvvəl qeydə alındığı bildirilir.
Zərərçəkmiş şəxslər şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanaya əlavə həkim və yardımçı heyət cəlb edilib.
Kvettada fövqəladə vəziyyət elan edilib.
Polis hadisə ilə bağlı araşdırma aparır.
***
Son məlumatlara görə, partlayış nəticəsində azı 26 nəfər həlak olub, 53 nəfər isə yaralanıb.