Pakistandakı yanğında - 6 nəfər öldü

pakistandaki-yanginda
Oxunma sayı: 648

Yanvarın 17-də gecə Pakistanın Kəraçi şəhərində yerləşən “Gul Plaza” ticarət mərkəzində güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində 6 nəfər həlak olub.

Təxminən 1200 mağazanın yerləşdiyi ticarət mərkəzində baş verən yanğın 15 saatdan çox vaxt keçməsinə baxmayaraq hələ də söndürülməyib.