Qana Dünya Çempionatının qrup mərhələsində Panamanı son dəqiqələrdə vurulan qol sayəsində 1:0 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, matç Kanadanın Toronto şəhərində yerləşən “BMO Field” stadionunda keçirilib.
Görüş boyunca tərəflər arasında gərgin və bərabər mübarizə yaşanıb və əsas vaxtın sonuna qədər hesab açılmayıb.
Qanaya qələbəni 90+5-ci dəqiqədə Kaleb Yirenkyi qazandırıb. Onun vurduğu qol Afrika təmsilçisinə turnirdə ilk matçından 3 xal qazandırıb.
Panama isə oyundan xalsız ayrılıb.
Qrupun növbəti turunda Qana 23 iyun tarixində İngiltərə ilə qarşılaşacaq. Panama isə 24 iyun tarixində Xorvatiya ilə üz-üzə gələcək.
Son xəbərlər
Son Xəbərlər