Parkdakı fəvvarənin hissələrini oğurladı - Saxlanıldı

parkdaki-fevvarenin-hisselerini-ogurladi
Oxunma sayı: 500

Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A.Əbdülrəhmanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.