“Partizan” Partik Andradeyə 2 milyondan çox ödəniş etməlidir - FİFA qərar verdi

partizan-partik-andradeye-2-milyondan-cox-odenis-etmelidir
Oxunma sayı: 538

“Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etdiyi Serbiyanın “Partizan” klubuna qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, Belqrad təmsilçisi kabo-verdeli yarımmüdafiəçiyə 1,3 milyon avro (2 milyon 592 min manat) təzminat ödəyəcək. 

Bununla yanaşı “Paritzan”a 2027-ci ilə qədər transfer qadağası qoyulub. 

Qeyd edək ki, 2022-ci ildə “Qarabağ”dan “Partizan”a keçən Patrik Andrade daha sonra Serbiya klubundan ayrılmışdı. Belqradlılar isə futbolçuya olan 270 min avro borcunu ödəməmişdi.