“PAŞA Real Estate” Formula 1 Qatar Airways Azerbaijan Grand PRIX 2026-nın rəsmi tərəfdaşıdır.
Şirkət 24–26 sentyabr tarixlərində Bakıda baş tutacaq dünyanın ən mötəbər idman yarışlarından birinin rəsmi tərəfdaşı (Event Supporter) statusunu əldə edib.
Sürət və dinamikanın paytaxtın tarixi memarlığı və müasir şəhər ruhu ilə qovuşduğu bu mötəbər həftəsonu qonaqlara unudulmaz Formula 1 təcrübəsi bəxş edəcək.
“PASHA Real Estate Grandstand”
Tərəfdaşlıq çərçivəsində trekin ən baxımlı və dinamik nöqtələrindən birində -Azneft meydanında yerləşən tribuna rəsmi olaraq “PASHA Real Estate Grandstand” adlandırılacaq.
Ziyarətçilər tribuna zonasında yerləşdirilən xüsusi QR-kodlar vasitəsilə “PAŞA Real Estate”in layihələri ilə tanış ola və yalnız Formula 1 qonaqları üçün hazırlanmış eksklüziv təkliflərdən yararlana biləcəklər.
Son xəbərlər
Son Xəbərlər