Paşinyan Ermənistanın Azərbaycana “İskəndər” atdığını etiraf etdi

pasinyan-ermenistanin-azerbaycana-iskender-atdigini-etiraf-etdi
Oxunma sayı: 7231

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan etiraf edib.

O, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Azərbaycanla müharibənin 3-4-cü günündə nə üçün “İskəndər” raketindən istifadə edilməməsi ilə bağlı ittihamına cavab verərkən deyib.

"1in.am" saytına müsahibə verən Paşinyan etiraf edib ki, müharibədə əslində “İskəndər”dən istifadə olunub, amma raket partlamayıb:

“Bu ittiham yəqin ki, mənə ünvanlanıb. Ancaq düşünürəm ki, cavabını bildikləri sualları verməməlidirlər. Buyurub, cavab versinlər, atılan “İskəndər” niyə partlamadı, yaxud 10%-i partladı? Bəlkə o raket 80-ci illərin silahı idi?”, - deyə Paşinyan qeyd edib.