Paşinyan gələnilki seçkilərdə iştirak edəcək

pasinyan-gelenilki-seckilerde-istirak-edecek
Oxunma sayı: 1038

Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. 

“Qafqazinfo” xəbər verir ki, N.Paşinyan bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. 

Qeyd edək ki, Ermənistanda parlament seçkilərinin 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılır. Sözügedən seçkilərdə iştirak etmək istəyini həmçinin Ermənistanın ikinci prezidenti Robert Koçaryan, eləcə də keçmiş hüquq müdafiəçisi Arman Tatoyan da bəyan edib.