Ermənistan Baş naziri Nikol Paşinyan zərb alətlərində ifa etməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə görüntülərini feysbuk hesabında paylaşıb.
Nazir videonun açıqlama hissəsinə “onlayn baraban dərsi vaxtı” yazıb.
Qeyd edək ki, Nikol Paşinyan son dövrlərdə regionlara etdiyi səfərlər zamanı yediyi qidaları (qarğıdalı, lavaş, pirojki və digər yeməkləri) mütəmadi olaraq paylaşaraq sosial mediada geniş müzakirələrə səbəb olur.
Onun bu tip görüntülərinin seçkiqabağı kampaniyasının bir hissəsi olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər