“Paşinyanda siyasi iradə olsa, referenduma gedəcək”

pasinyanda-siyasi-irade-olsa-referenduma-gedecek
Oxunma sayı: 618

“Azərbaycanda hamı gözləyir ki, Ermənistanda parlament seçkilərindən sonra referendum keçiriləcək. Referendum vasitəsilə konstitusiyada dəyişiklik baş verə bilər. Referenduma isə ən azı üç ay vaxt lazımdır. Düşünmürəm ki, bu dərhal baş verməyəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda tədbirdə sabiq xarici işlər naziri Tofiq Zülüqarov  bildirib.

“Cənab Prezident xüsusi qeyd etmişdi ki, biz regionda sülhün əsas təşəbbüskarıyıq. Zəngilanda bu fikir öz təsdiqini tapdı. Ermənistan öz ev tapşırığını yerinə yertirməlidir. Paşinyanda siyasi iradə olsa, referenduma gedəcək. Getməsə, sazişin imzalanması gözlənilmir. Azərbaycan öz mövqeyindən çəkilən deyil”.

Gülnar Əliyeva