Paytaxtı qaytarmaq üçün hücuma başladılar

paytaxti-qaytarmaq-ucun-hucuma-basladilar
Oxunma sayı: 1046

Yəmənin hökumət qoşunları husilərin “Ənsar Allah” hərəkatına qarşı əks-hücum əməliyyatına başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb. 

Hökumət nümayəndələri hücum əməliyyatında əsas məqsədin paytaxt Sənanı geri almaq olduğunu açıqlayıblar. 

Onlar həmçinin vətəndaşları paytaxta aparan bir neçə əsas yoldan uzaq durmağa çağırıblar. 

Sentyabrın 7-dən etibarən ölkənin Taiz, Əl-Beyda və Əl-Cauf vilayətlərində şiddətli döyüşlərin davam etdiyi bildirilir. Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri husilərin mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirirlər. Husilər isə Əl-Cauf vilayətinə edilən hücumu dəf etdiklərini bəyan ediblər.