Pelosi xəstəxanaya yerləşdirilib

pelosi-xestexanaya-yerlesdirilib
Oxunma sayı: 1840

ABŞ Konqresinin Nümayəndələr Palatasının 84 yaşlı keçmiş spikeri Nensi Pelosi Konqresin nümayəndə heyəti ilə Lüksemburqa səfəri zamanı xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Nensi Pelosi Ardenn Hücumunun 80-ci ildönümünü qeyd etmək üçün nümayəndə heyəti ilə Lüksemburqa səfər edərkən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, zədəsi səbəbindən o, nümayəndə heyətinin qalan planlaşdırılan tədbirlərində iştirak edə bilməyəcək.