“Pendirli Manqalüstü” sosisi ilə bağlı yayılan məlumatlara - “Səhliyalı”dan cavab

pendirli-manqalustu-sosisi-ile-bagli-yayilan-melumatlara
Oxunma sayı: 730

Son günlər bəzi istehlakçılar tərəfindən “Pendirli Manqalüstü” sosisi ilə bağlı yaranan narahatlıqla bağlı “Səhliyalı” şirkəti məlumat yayıb.

“Qafqazinfo” sözügedən məlumatı təqdim edir:

“Halal Nemət, Min Bərəkət” brendinə məxsus “Pendirli Manqalüstü”nün içərisində istifadə edilən holland pendiri yüksəkkeyfiyyətli alman istehsalçısı olan “GAUDINA” markasına məxsusdur.

Əvvəlcə onu qeyd etmək istəyirik ki, “Pendirli Manqalüstü” sosisinin tərkibindəki pendirin əriyib maye halına keçməsinin səbəbi normal texnoloji prosesdir. Belə ki, temperatur yüksəldikcə pendir əriyir.

Proses ardıcıllığı aşağıdakı kimidir:

-  45 dəqiqə quruma prosesi;

-  30 dəqiqə hisə verilmə prosesi;

-  Sonra isə 1 saat buxarda 75°C dərəcədə bişirilir;

-  Sobada temperatur 80°C-yə çatanda məhsul çıxarılır.

Məhsulun tərkibi isə aşağıdakı kimidir:

Mal əti, toyuq filesi, təbii süd, holland pendiri, yumurta, kərə yağı, bitki yağı (günəbaxan, qarğıdalı), nişasta, xörək duzu, natrium nitrit, kompleks qida əlavələri (E-450, E-621, E-316) və qarışıq ədviyyat ekstraktı.

Məhsulun tərkibindəki holland pendirinin miqdarı 12% faiz təşkil edir.

Nəzərinizə çatdırmaq istəyirik ki, istehsal etdiyimiz bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və müəssisənin İSO 17025 beynəlxaq standartına uyğun akkreditə olunmuş laboratoriyasında yoxlanılır və bundan sonra satışa çıxarılmasına icazə verilir”.