Pensiyalar bu tarixdə ödəniləcək

pensiyalar-bu-tarixde-odenilecek
Oxunma sayı: 990

Avqust ayının pensiyalarının veriləcəyi tarix məlum olub.  

“Qafqazinfo” Dövlət Sosial Müdafiə Fonduna istinadən xəvər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ayın 21-dən gec olmayaraq ödəniləcək. Müavinətlərin isə avqustun 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.