Pezeşkian Tokayevlə görüşdü

pezeskian-tokayevle-gorusdu
Oxunma sayı: 245

İran Prezidenti Məsud Pezeşkian Qazaxıstanda rəsmi səfərdədir.  

“Qafqazinfo” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində o, qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb. 

Dövlət başçıları ticarət-iqtisadi məsələlərdən tutmuş mədəni-humanitar məsələlərə qədər müxtəlif mövzuları müzakirə ediblər.

Görüş zamanı iki ölkənin rəsmi şəxsləri prezidentlərin iştirakı ilə nəqliyyat, tranzit və logistika, mədəni mübadilə, hüquqi yardım, səhiyyə, diplomatik və media əməkdaşlığı sahəsində sənəd və anlaşma memorandumları imzalayıblar.