Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun ulduz hücumçusu Kərim Benzema lüks kolleksiyasına dünya şöhrətli rəssam Pablo Pikassonun əsərini əlavə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə futbolçu instaqram hesabında paylaşım edib.
Məlumata görə, fransalı ulduz dahi rəssamın 1964-cü ildə çəkdiyi “Saqqallı kişinin portreti” (“Portrait d'homme barbu”) adlı əsərini satın alıb. Benzema artıq tablonun fotosunu sosial media hesabında paylaşaraq “Evə xoş gəlmisiniz” qeydini də yazıb.
Qeyd edək ki, sözügedən kətan əsər 2025-ci ilin əvvəlində Nyu-Yorkda tanınmış kolleksioner və satıcı Heli Nahmadin qalereyasında nümayiş etdirilmişdi. Əməliyyatın dəqiq məbləği isə gizli saxlanılıb.

Son xəbərlər
Son Xəbərlər