Pirallahıda ağacəkmə aksiyası keçirildi

pirallahida-agacekme-aksiyasi-kecirildi
Oxunma sayı: 2019

Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının icrası ilə əlaqədar oktyabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Pirallahı qəsəbəsində yol kənarında ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri aparılır. 

Bu gün keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları  əkilib.

Qeyd edilməlidir ki, aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcək.