Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib.
Belə ki, hərəkətdə olan “Qazel” markalı yük avtomobili kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub.
Ağır xəsarətlər alan bərdə sakini hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər